waplog

“BlackPhone” təhlükəsiz smartfonunun ikinci nəsli nümayiş olunub


Kanadanın “Silent Circle” startapı Barselonada keçirilən “Mobile World Congress 2015” sərgisində “Blackphone” smartfonunun təkmilləşdirilmiş versiyasını nümayiş etdirib. İstehsalçılar bildirib ki, qurğu ən təhlükəsiz smartfon adına iddialıdır.

"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.ru” saytına istinadən bildirir ki, “Blackphone 2” smartfonu 5,5 düym diaqonallı ekran, səkkiznüvəli prosessor, 3 QB əməli və 32 QB daxili yaddaşla təchiz edilib. Qurğunun digər xarakteristikaları hələlik bilinmir.

Məlumata görə, smartfon 2015-ci ilin ikinci yarısında bazara çıxarılacaq.

Xatırladaq ki, “Blackphone” smartfonunun birinci versiyası ilk dəfə 2014-cü ilin yanvarında elan edilib və iyulun əvvəlində bazara çıxarılıb. O zaman istehsalçılar əmin etmişdilər ki, smartfon istənilən icazə olunmamış müdaxilə cəhdlərindən və dinləmələrdən tamamilə qorunub, ancaq avqustda “BlackHat” kompüter təhlükəsizliyi üzrə konfransda Castin Keyz adlı iştirakçı beş dəqiqə ərzində “Blackphone” smartfonuna müdaxilə etməyə nail olub.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL