waplog

Korporativ mühitdə planşetlərdən istifadə artacaq


"IDC" analitik şirkətinin məlumatına əsasən, Qərbi Avropada planşet bazarının artımı korporativ satışların köməyi ilə stimullaşdırılacaq. Şirkətin mütəxəssisləri hesablayıblar ki, 2019-cu ildə Qərbi Avropada korporativ istifadəçilər üçün planşetlərin satış həcmi 11 milyona çatacaq ki, bu da 2014-2019-cu illərdə 130 faiz illik artıma uyğundur.

"ICTnews" elektron xəbər xidməti "it-weekly.ru" saytına istinadən bildirir ki, 2010-cu ildə ilk planşetin yaradılması anından belə qurğular əsasən istifadəçi seqmenti üzrə irəliləyib. Bununla belə, şirkətlər planşetlərini işgüzar məsələlərin həlli üçün təkmilləşdirir, məsələn, gücləndirilmiş təhlükəsizlik vasitələri ilə təchiz edirlər.

"IDC"-nin analitiklərinin gözləntilərinə görə, 2015-ci ildə Qərbi Avropada korporativ seqmentdə planşetlərdən istifadə ötən illə müqayisədə iki dəfə yüksələcək. İşgüzar mühitdə planşetlərdən başqa, hibrid qurğulardan aktiv istifadə gözlənilir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL