waplog

Noutbuk, planşet və oyun konsolunu əvəz edəcək smartfon (VİDEO)


“Korea Telecom” (KT) şirkəti “İFA 2011” sərgisində (Berlin, Almaniya) olduqca maraqlı yenilik təqdim edib.


“Spider” smartfonu müxtəlif tip portativ qurğuların (noutbuk, planşet və hətta cib oyun konsolu) funksiyalarını yerinə yetirə bilir. “Spider” smartfonu 4,5 düym diaqonallı sensor ekranla təchiz olunub; ekranın kəskinliyi 1280×800 nöqtədir.


Qurğunun "ürəyi" 1,5 QHz takt tezliyində işləyən 2 nüvəli prosessordur. Smartfon 1 Qb əməli yaddaşa, 16 QB tutumla fləş modula, 8 meqapiksel kameraya və “MicroHDMİ” konnektoruna malikdir. Əməliyyat sistemi “Android 2.3” platformasıdır.


Yenilik satışa noyabr və ya dekabr ayında çıxarılacaq. Onun dəyəri və əlavə aksessuarların qiyməti haqqında hələlik informasiya yoxdur.




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL