waplog

BTRİB fiber optik rabitə kanalların quraşdırılmasını təklif edir


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi  əhaliyə internetlə işin keyfiyyətini artırmaq məqsədi ilə fiber optik rabitə kanalların quraşdırılmasını təklif edir.
 
Birlikdən verilən məlumata görə, optik rabitə  şəbəkədə dayanıqlı olaraq işləyən maksimum sürətli internet,   97 televiziya kanalına malik İP-TV və statik İP-ünvan deməkdir.
 
Optik şəbəkə eyni zamanda imkan verir ki, istifadəçi lokal şəbəkələrini, fərdi serverlərini, statik İP ünvana malik  müşahidə kameralarını  bir platforma üzərindən istifadə edə, onları dünyanın istənilən nöqtəsindən idarə edə və internet vasitəsi ilə əlaqə saxlaya bilsin.
 
Bu şəbəkə həm də  İP-telefoniya (VoİP) imkanlarından istifadə etməyə imkan yaradır.
 
Ayrılmış xəttin birdəfəlik qoşulma haqqı 30 AZN, aylıq istifadə haqqı isə kanalın sürətindən asılı olaraq 25 manatdan (2Mbit/s) 205 manatadək (15Mbit/s) təşkil edir.  15 Mbit/s sürətdən 50 Mbit/s sürətə qədər sonrakı hər  1 Mbit/s sürət üçün tarif 13 AZN, 50 Mbit/s sürətdən sonrakı hər  1 Mbit/s sürət üçün tarif 10 AZN müəyyənləşdirilib.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL