waplog

Yeni “Macbook” noutbuku təqdim edilib


“Apple” şirkətinin baş direktoru Tim Kuk elan edib ki, korporasiya yeni “Macbook Air” yığcam kompüterini təqdim edəcək. 12 düymlük ekrana malik kompüterin çəkisi 2 funt (907 qram) təşkil edir.

"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, ekranın təsvir ölçüsü 2304x1440 pikseldir, yeni texnologiya sayəsində  30 faiz daha az elektrik enerjisi sərf edəcək. Yeni kompüter daha nazik alınıb, indi cihazın qalınlığı 13,1 mm təşkil edir. “Macbook”, həmçinin yeni qabaqcıl akkumulyatorla təchiz edilib və 9 saat müddətində avtonom işləyə bilir. Noutbukda daxili soyutma ventilyatoru olmayacaq ki, bu da sonuncu tərəfindən yaradılan səs-küyün səviyyəsini və enerji sərfiyyatını azaldacaq.

Yeni “Macbook Air” noutbuku  aprelin 10-dan mağazalara satışa çıxarılacaq. "Kompüterin dəyəri 1299-1599 dollar arasında olacaq" –  Kuk deyib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL