waplog

Amerikalılar bank hesablarını internetdə açmağa üstünlük verir


"Javelin Strategy & Research" şirkətinin tədqiqatına görə, amerikalıların ¾ hissəsi hazırkı hesabları onlayn rejimdə açaraq tədricən ənənəvi bank şöbələrinə getməkdən imtina etməyə üstünlük verir.
 
Öz növbəsində banklar müasir texnologiyaları təşviq edərək istifadəçilərə mobil və internet kanalları vasitəsilə müxtəlif xidmətlər təklif edirlər. Ötən il avtomobil krediti və ya ipotekanın alınması üçün mobil sifarişlərin sayı 60 faiz artıb.  
 
Maliyyə müəssisələri həmçinin filialları yeni avadanlıqlarla təchiz etməklə texnologiyalar tətbiq edir və diqqəti ekspert məsləhətlərinin verilməsinə yönəldir.
 
Bununla belə, bu halda yeni texnologiyaların qəbul edilməsinə hazırlıq onların inkişaf tempini bir qədər qabaqlayır. Amerikalıların əksəriyyəti hələ də hesab açmaq üçün banka müraciət etmək məcburiyyətindədir. Lakin rəyi soruşulanların çoxu bildirib ki, ənənəvi bank şöbələri bir sıra üstünlüklərə malikdir. Şirkətin fikrini öyrəndiyi 3100 nəfərin 69 faizi hesab edir ki, hesab və digər xidmətlərin bank filialında rəsmiləşdirilməsi fərdi məlumatların mühafizəsi baxımından təhlükəsizdir. Daha 60 faiz bu fikirdədir ki, şöbə əməkdaşları onların suallarına daha dəqiq cavab verə bilərlər, - "Payspacemagazine" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL