waplog

Görmə qüsurlu şəxslər kitab oxuya biləcəklər


Massaçusets Texnologiya İnstitutunda hazırlanmış qurğu prototipi gözdən əlil və zəif görən insanlara istənilən, həmçinin elektron kitabları oxumağa imkan verir. Bu halda, hətta Brayl şriftini öyrənməyə ehtiyac yoxdur.

"ICTnews" elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “FingerReader” adlı cihaz oxucunun barmağına bərkidilir. Bu həll bir sıra müxtəlif ötürücü və sensorlarla təchiz edilib və mətni “tanıya” və musiqi formatında səsləndirə bilir.

“FingerReader” cihazından istifadə prosesi kifayət qədər asandır: qurğu barmağa bərkidilir və göstərici kimi istifadə olunur. Mətnin hansısa bir hissəsini oxumaq üçün istifadəçi yalnız barmağını (göstəricini) lazımi sətrin alt hissəsinə yaxınlaşdırmalıdır. Əgər mətni oxuduqda göstərici sətri buraxarsa və ya əl titrəyərsə, o zaman istifadəçi səsli xəbərdarlıq eşidir.

Emil Hüseynov
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL