waplog

“Samsung” şirkəti “Galaxy Xcover 3” smartfonunu nümayiş etdirib


“Samsung” şirkəti “Galaxy Xcover 3” smartfonunu təqdim edib. “Android” mobil platforması ilə işləyən aparat 16-20 mart tarixlərində Almaniyada keçiriləcək “CeBIT 2015” sərgisində nümayiş etdiriləcək.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, “Galaxy Xcover 3” smartfonu “MIL-STD 810G” hərbi standartına uyğun hazırlanıb ki, bu da 1,2 metr hündürlükdən yerə düşmə zamanı işləmək qabiliyyətinin saxlanılmasına zəmanət verir. “IP67” sertifikatı toz və sudan müdafiəni göstərir: cihaz 30 dəqiqə ərzində 1 metr dərinliyində suyun altında qala bilir.
 
Smartfon 1.2 QHs takt tezlikli dördnüvəli prosessorla təchiz edilib. Əməli yaddaşın tutumu 1,5 QB, fləş modulun tutumu 8 QB (“microSD” yaddaş kartının hesabına artırmaq mümkündür) təşkil edir.
 
“Galaxy Xcover 3” smartfonu 800×480 piksel təsvir ölçülü 4,5 düymlük ekrana malikdir. Əsas kamera 5 meqapiksel, ön kamera isə 2 meqapiksel təsvir ölçüsünə malikdir. Əsas kamera sualtı çəkiliş rejimi əlçatandır. Modelin qalınlığı 9,95 mm, çəkisi 154 qramdır.
 
Həmçinin rəqəmli kompas, “GPS” və “NFC” modulları, 2200 milliamper/saat tutumunda akkumulyator batareyası quraşdırılıb. Aparat “LTE” şəbəkəsini dəstəkləyir.
 
“Galaxy Xcover 3” smartfonuna “Android 4.4 KitKat” əməliyyat sistemi quraşdırılıb.
 
Emil Hüseynov
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL