waplog

Bu gün Bakıda "Microsoft İnnovasiya Günü” işə başlayıb


"Microsoft Azerbaijan" şirkətinin Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə təşkil etdiyi ənənəvi "Microsoft" İnnovasiya Günü ("Microsoft Innovation Day") bu gün işə başlayıb.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin baş məsləhətçisi Etibar Umudov, “Microsoft” şirkətinin Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bütün sosial və inkişaf yönümlü layihələrində iştirak etdiyini bildirib.

“Microsoft Azərbaycan” şirkətinin rəhbəri Rüfət Hacıəlibəyov öz növbəsində "Microsoft"un Azərbaycan hökumətinin tərəfdaşı olduğunu bildirib. "Biz istifadəçilərimizə öz həllərini innovativ istifadəsini təmin etmək üçün platforma təqdim edirik. “Microsoft” şirkəti Yüksək Texnologiyalar Parkı, Təhsil Nazirliyi və digər dövlət qurumlar ilə əməkdaşlıq edirik və bizim bütün həllərimiz Azərbaycan dilində lokallaşdırılıb", - deyə o bildirib.
 
Builki "Microsoft" İnnovasiya Günü texnologiyaların gündəlik həyatda istifadəsinə həsr olunacaq və ən müasir texnoloji yenilikləri əhatə edir.
 
Tədbirdə "Microsoft" Korporasiyasının Mərkəzi və Şərqi Avropa regionunda satış üzrə direktoru Viki Rentzepi və digər rəsmi şəxslər çıxış ediblər. Bundan başqa, "Microsoft" əsaslı cihazlar və bulud xidmətləri təsvir olunan tədbirdə "Microsoft Azerbaijan" şirkətinin nümayəndələri bulud xidmətlərinin fərdi həyatda və biznesdə istifadəsi imkanları barədə məlumat verəcək, "Windows" əsaslı cihazları, həmçinin, işgüzar və gündəlik istifadə üçün nəzərdə tutulmuş proqram və həlləri, o cümlədən, bu cihazların vahid sistem kimi işləyə bilmə imkanlarını nümayiş etdirəcəklər. Bundan başqa, "Outlook.com", "OneDrive", "Office Online" və "Office 365" kimi xidmətlər vasitəsilə şirkətlərin iş səmərəliyini artırma imkanları barədə məlumat veriləcək.
 
Tədbir çərçivəsində avtomobil sənayesində inqilabi yeniliklər yaratmış "Tesla" avtomobilinin innovativ funksiyaları və üstün texnologiyaları nümayiş olunub.
 
Qeyd edək ki, "Microsoft Innovation Day" – "Microsoft" Korporasiyasının innovasiya texnologiyalarına həsr edilən və hər il təşkil olunan ən böyük tədbirlərdəndir. Azərbaycanda sözügedən tədbir 2007-ci ildən etibarən keçirilir.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL