waplog

“Samsung” ucuz “Samsung Galaxy Tab 3 V” planşetini buraxıb


“Samsung”un regional nümayəndəliklərindən birinin saytında “Samsung Galaxy Tab 3 V” adlı yeni planşet kompüteri haqda informasiya yerləşdirilib. Qurğu “Galaxy Tab 3 Neo” modelinin yenilənmiş modifikasiyasıdır.
Yeni cihaz 7 düymlük 1024x600 piksel təsvir ölçülü TN ekran, 1.3 QHs takt tezlikli dördnüvəli “Spreadtrum” prosessoru, 1 QB əməli və 8 QB daxili yaddaşla təchiz edilib.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Samsung Galaxy Tab 3 V” planşeti, həmçinin iki ədəd 2 meqapiksellik kamera, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.0”, “GPS/QLONASS” və “3G” simsiz kommunikasiya modulları, “FM” radio və 3600 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib. İstehsalçı bildirib ki, qurğu internet sörfinq rejimində 9 saatadək, videoya baxış rejimində isə 8 saatadək avtonom işləyə bilər.





Qurğunun fiziki ölçüləri 193,4x116,4x9,7 mm, çəkisi 322 qramdır. Aparata “Android 4.4” mobil əməliyyat sistemi quraşdırılıb.

“Samsung Galaxy Tab 3 V” modeli Malayziyada təqdim edilib və hələ ki yalnız orada təxminən 135 dollara satılacaq. Daha sonra qurğunu başqa ölkələrdə satın almaq mümkün olacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL