waplog

Rusiya ilə elm və texnikanın innovativ inkişafına xidmət edən birgə elmi-tədqiqat işləri aparılacaq


AMEA İnformasiya Texnologiyaları İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Sistemli Analiz İnstitutu arasında elmi-texniki əməkdaşlıq haqqında protokol imzalanıb.

Protokol çərçivəsində fundamental tədqiqatlar sahəsində əməkdaşlığın genişlənməsi, elm və texnikanın innovativ inkişafına xidmət edən birgə elmi-tədqiqat işləri və proqramların həyata keçirilməsi, texnoparklarda müvafiq işlərin aparılması, əldə edilmiş nəticələrin tətbiqi, birgə seminar, elmi konfrans, işgüzar görüş və sərgilərin keçirilməsi məsələləri nəzərdə tutulur.

Tərəflər müxtəlif təyinatlı “hesablama buludları” və MathCloud sahəsində xidmətlərin yaradılması məsələlərində əməkdaşlıq edəcəklər.

Əməkdaşlıq, həmçinin AzScienceNet elm kompyuter şəbəkəsinin imkanlarının genişləndirilməsi, onun bazasında Verilənlərin Emalı Mərkəzinin yaradılması, qabaqcıl İKT sistemləri üzrə metodların araşdırılması və işlənməsi üzrə qrant proqramlarda birgə iştirakı da nəzərdə tutur.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL