waplog

İnklüziv ibtidai təhsilin tətbiqi ilə bağlı alman mütəxəssisləri Azərbaycan mütəxəssislərinə videokonfrans əlaqəsi ilə mütəmadi məsləhətlər verəcəklər


İnklüziv ibtidai təhsilin nümunəvi modellərini öyrənmək məqsədi ilə azərbaycanlı mütəxəssislərdən ibarət qrupların Almaniyaya səfəri nəzərdə tutulur.

Həmçinin alman mütəxəssisləri tərəfindən Azərbaycan mütəxəssislərinə - pilot layihənin iştirakçılarına videokonfrans əlaqəsi rejimində mütəmadi məsləhətlərin verilməsi üçün texniki imkanların təmin edilməsi də həyata keçiriləcək. Bu tədbirlər “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin həyata keçirilməsi üzrə Fəaliyyət Planında yer alıb.
 
Təhsil Nazirliyindən bildirilib ki, nazir Mikayıl Cabbarov “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə əmr imzalayıb. Əmrə əsasən, əlilliyi olan, sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrinə inklüziv təhsilə cəlb olunması nəzərdə tutulur.
 
 Nizami rayonu 220 nömrəli məktəb-lisey və Xətai rayonu 138 nömrəli orta məktəb layihə üzrə pilot müəssisə kimi seçilib. Pilot müəssisələrdə loqopedik xidmətin yaradılması qərara alınıb.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL