waplog

Nəhəng İT şirkəti “Əşyaların interneti” sahəsinə böyük yatırım edəcək


“IBM” korporasiyası "Əşyaların interneti" (“Internet of Things”, “IoT”)  bazarına böyük məbləğdə investisiya yatıracaq. Korporasiyanın bu sahədə ilk böyük tərəfdaşlarından biri “Weather Co” şirkəti seçilib.

“IBM”-in 31 mart tarixində səsləndirilmiş bəyanatına əsasən, şirkət yaxın dörd ildə "Əşyaların interneti" bölməsinə 3 milyard dollar yatıracaq. İstehsalçı bu vəsaitin nəyə xərclənəcəyini açıqlamayıb.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, "Əşyaların interneti" konsepsiyası ən müxtəlif qurğuların şəbəkədə qarşılıqlı əlaqəsini nəzərdə tutur. “Reuters” xəbər agentliyi yazır ki, “IBM” real vaxt rejimində məlumatların toplanılması və təhlili texnologiyaları üzrə öz böyük təcrübəsi əsasında qazanmaq istəyir.

“IBM” korporasiyası hesablayır ki, 2018-ci ildə “bulud”, mobil və analitik texnologiyalar, həmçinin sosial xidmətlər və informasiya təhlükəsizliyi sahəsində həllər şirkətə 40 milyard dollar məbləğində gəlir qazandıracaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL