waplog

“HP” şirkətinin baş direktoru ABŞ prezidenti olmaq istəyir


“Hewlett-Packard” (HP) şirkətinin keçmiş baş direktoru Karli Fiorina 2016-cı ildə keçiriləcək ABŞ prezidentliyinə seçkilərdə Respublika Partiyasından öz namizədliyini irəli sürə bilər.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2008-ci ildə ABŞ prezidentliyinə namizəd senator Con Makkeynin iqtisadi məsələlər üzrə məsləhətçisi vəzifəsində işləmiş Fiorina “Fox News” telekanalının efirində verdiyi müsahibəsində öz planlarını açıqlayıb.

Karli Fiorina prezident postuna namizədlik ehtimalı ilə bağlı jurnalistlərin sualını cavablandırıb və bildirib ki, ehtimal 90 faizə bərabərdir.

“HP”-nin keçmiş direktoru aprelin sonunda və ya mayın əvvəlində bu barədə yekun qərarını elan etmək niyyətindədir. Hələ ki Fiorinanın öz etirafına görə, o, qarşıdakı seçki kampaniyasına tərəfdarlardan ibarət komanda və maliyyə vəsaiti toplayır.

Karli Fiorina 2005-ci ilədək “HP” korporasiyasına rəhbərlik edib. O, “HP”-dən əvvəl 20 il “AT&T” və “Lucent Technologies”də işləyib.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL