waplog

Avropa banklarında iş yerlərinin azalması davam edir


Aparıcı Avropa və ABŞ bankları ötən il strukturun yenidən qurulması və xərclərin azaldılması ilə əlaqədar 59 min iş yerini ixtisar edib.

Proqnozlara görə, məhz Avropa bankları kəskin rəqabətdən ziyan çəkən rentabelliyi artırmaq üçün 2015-ci ildə ixtisarları davam etdirəcək.
 
Analitiklərin sözlərinə görə, xüsusilə avro zonasında fəaliyyət göstərən Avropa bankları dünyada zərərlə işləyən maliyyə təsisatları kimi qaldıqlarına görə ştatı azaltmaqda davam edəcək. Avropanın on səkkiz böyük bankı 2014-cü ildə ümumilikdə 21500 iş yerini ixtisar edib. Öz növbəsində altı iri ABŞ bankı ştatda 37500 iş yerini azaldıb.
 
Məsələn, “Barclays” bankı ötən il 19 min nəfərin üç il ərzində azaldılması üzrə plan çərçivəsində 7300 nəfəri və ya hər yeddinci əməkdaşı işdən azad edib. Bu, banka ildə 2,4 milyard funt-sterlinq (3,6 milyard dollar) qənaət etməyə imkan verəcək. Ötən il ixtisar sayəsində daha çox ABŞ, Böyük Britaniya, İtaliya və İspaniya bankları qənaət edib.
 
Bankların ştatı azaltmasının daha bir səbəbi əksər istehlakçıların mobil və onlayn bankçılıq xidmətlərinə keçməsidir. “Citi” şirkəti analitiklərinin qiymətləndirməsinə görə, maliyyə xidmətləri sahəsində iş yerlərinin 54 faizindən çoxu yüksək risk zonasındadır, - “Payspacemagazine yazır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL