waplog

Azərbaycan texnoparkına Silikon Vadisindən təklif gəlib


Azərbaycan texnoparkına Silikon Vadisindən  təklif gəlib. Belə ki, vadidə fəaliyyət göstərən “Innowest” şirkəti Qafqaz Universiteti texnoparkı (QUTechnopark) ilə əməkdaşlıqda maraqlıdır. Texnoparkın direktoru İsa Qasımov bu barədə “Rabitə dünyası”na məlumat verib:
 
 ““QUTechnopark”-ın təşkil etdiyi ən böyük layihə olan “Yeni Fikir” müsabiqəsinə müraciət edən layihələrin, eləcə də  texnoparkdakı digər layihələrin inkişafı istiqamətində ortaq fəaliyyətlərimiz olacaq”. Bu barədə hələlik şifahi razılaşma əldə edilib:
 
“Onların təklifləri bizim üçün faydalı olduğundan danışıqlar aparırıq. Hazırda təklifin və əməkdaşlığın detalları müzakirə olunur. Onu qeyd edə bilərəm ki, hər şey pozitiv gedir və danışıqlardanyaxşı nəticələr gözləyirik”.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL