waplog

Çin kosmosda günəş elektrostansiyası tikəcək


Çin Xalq Respublikası kosmosda günəş elektrostansiyası tikmək niyyətindədir. Bu barədə “Xinhua” informasiya agentliyi məlumat verib.
 
Ölkə alimləri tərəfindən artıq tikilinin planı hazırlanıb. Yer səthindən 36 min km hündürlükdə yerləşəcək nəhəng elektrostansiyanın sahəsi 6 kv.km təşkil edəcək. Plana görə, stansiya kosmosda ən böyük süni konstruksiya olacaq.
 
Geostasionar orbitdə dövr edən kosmik aparat olacaq elektrostansiyanın iri günəş batareyaları ilə təchiz edilməsi nəzərdə tutulur. Toplanan elektrik enerjisi Yerə lazer və ya mikrodalğalı şüalanma vasitəsilə göndəriləcək.
 
Bildirilir ki, kosmosda elektrostansiyanın inşasının üstünlüklərindən biri onun potensial effektivliyindədir. Belə ki, kosmosda yerləşdirilən günəş batareyaları enerjini Yer səthində olan batareyalardan on dəfə çox generasiya edə bilər.
 
Alimlərin fikrincə, layihənin uğurlu olacağı təqdirdə günəş elektrostansiyasının tikintisi planı enerji böhranını aradan qaldıracaq.
 
Bəzi tənqidçilər qeyd edirlər ki, layihə qarşısında çoxlu maneələr var. Onlardan başlıcası orbitə çıxmaq üçün tələb olunan xərclərdir. Stansiyanın çəkisi təxminən 10 min ton təşkil edəcək, halbuki əksər müasir raketlər orbitə çəkisi 100 tondan çox olan yükləri qaldıra bilir.
 
Çətinliklərə baxmayaraq Çin stansiyanı 2020-ci ilədək tikməyi planlaşdırır. Məlumata görə, layihənin dəyəri 1 trilyon dollar təşkil edəcək, - "3DNews”  yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL