waplog

Yaponiya şirkəti “LCD” panellər bölməsini yenidən quracaq


Yaponiyanın “Sharp” şirkəti smartfon və digər mobil qurğular üçün kiçik və orta ölçülü maye-kristal panellərin (LCD) istehsalı üzrə bölməni ayrıca şirkətə ayırmaq niyyətindədir. Bu halda “INCJ” dövlət-özəl korporasiyası yeni şirkətə 100 milyard yen (840 milyon dollar) investisiya yatıraraq səhmlərinin 40 faizinə sahib olacaq. Lakin “Sharp” nümayəndələri bildiriblər ki, bölmənin aqibəti ilə bağlı qərar hələ ki qəbul edilməyib. Bununla belə, şirkət müxtəlif imkanları nəzərdən keçirir və qərarını mayda açıqlayacaq.   
 
2012-ci ildə “INCJ” korporasiyası “Sony”, “Hitachi” və “Toshiba” şirkətlərinin bazasında yaradılan "Japan Display” maye-kristal panellərin istehsalı üzrə bölməsinə dəstək verib. Yeni şirkət smartfonlar, o cümlədən "iPhone” və digər qurğular üçün panellərin istehsalı ilə məşğuldur. Fevralda Yaponiya mətbuatı “Japan Display”in ABŞ-ın “Apple” şirkəti ilə ölkədə yeni zavodun tikilməsi ilə bağlı danışıqlar aparması barədə məlumat yayıb.  
 
“Sharp”ın hesabatına görə, 2014-cü ilin son doqquz ayında “LCD” panellərinin satış həcmi 7,6 faiz azalıb. Şirkət nümayəndələri bunu valyuta məzənnələrinin dəyişməsi, Çin və Koreya istehsalçıları tərəfindən rəqabətə görə kiçik və orta ölçülü panellərin qiymətinin aşağı düşməsi ilə izah edirlər, - "Computerworld” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL