waplog

BTRİB əhalinin genişzolaqlı xidmətlərə artan tələbatını qarşılamaq üçün əlavə avadanlıq quraşdırıb


Hazırda Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) şəbəkəsində son mildə (abunəçi xətt şəbəkəsində) “FTTx”  sistemi ilə optik şəbəkə avadanlığı geniş tətbiq  edilir.
 
Bu barədə “ICTnews” xəbər xidmətinə birliyin baş direktorunun müavini Xankişi Kişiyev məlumat verib. O bildirib ki, paytaxtın Binəqədi rayonu  ərazisində  ATS-561/562-də tutumu 352 istifadəçisi üçün “FTTx” standartı ilə “Məhəlləyə kimi”  genişzolaqlı xidmətləri göstərən optik şəbəkə  quraşdırılıb:
 
Yeri gəlmişkən qeyd edim ki, 2015-ci ilin I rübündə 624 portluq ADSL avadanlığı quraşdırılıb. Bu da əhalidə artan tələbata cavab vermək məqsədi ilə həyata keçirilib. Bu gün sözügedən ərazidə qurulan şəbəkə sistemi imkan verir ki, əhalinin müraciətləri dərhal həll olunsun və onlara genişzolaqlı xidmətlər göstərilsin”.
 
 
X.Kişiyev qeyd edib ki, aparılan işlər təkcə Binəqədi rayonu ilə kifayətlənməyib, eyni zamanda Bakının digər rayonlarında da əlavə avadanlıq quruculuğu həyata keçirilib. Onun sözlərinə görə, Nəsimi rayon ərazisində ATS-564/565-də də  tutumu 352 istifadəçisi  üçün “FTTx” standartı ilə “Məhəlləyə kimi” genişzolaqlı  xidmətləri göstərən optik şəbəkə qurulub.
 
 
Direktor müavini əlavə edib ki, eyni səpkili quruculuq işləri Yasamal rayonunda da reallaşdırılıb. Belə ki, bu ərazidə  ATS-594/595-in  xidməti  ərazisində  “Qlobus  Plaza”da  tutumu 420 istifadəçisi üçün “FTTx” standartı ilə “Məhəlləyə  kimi”  genişzolaqlı  xidmətləri göstərən optik şəbəkə quraşdırılıb, ATS-lər  üzrə  576 nömrə  artırılıb: “2015-ci ilin I rübündə XDSL standartı ilə 1852 nömrə  avadanlıq  quraşdırılıb. Bu da əhalinin tələbatını qarşılamağa imkan verən məqamlardandır”.
 
 
X.Kişiyev əlavə edib ki, Nizami  rayonu  ərazisində  ATS-421/422  xidməti  ərazisində yeni 1856 nömrəlik yeni ATS quraşdırılıb. Eyni zamanda ATS-lər  üzrə  2608 nömrə  artırılıb. Cari ilin  I rübündə 2264 portluq ADSL avadanlığı quraşdırılıb:
 
“Sabunçu rayonu ərazisində tələbat artdığında burda da tutumların artırılması həyata keçirilib. Belə ki, Yeni  Balaxanıda  tutumu  1888  nömrə olan ATS quraşdırılıb, Y/Suraxanı ATS-nin  tutumu 608  nömrə, Şuşa qaçqınları ATS-nin  tutumu isə 128 nömrə artırılıb. Cari ilin  I  rübündə  892 portluq ADSL avadanlığı quraşdırılıb. Eləcə də Xəzər  rayonu  ərazisində  456  saylı  Binə  ATS-nin  tutumu  480 nömrə, Albalılıq ATS-nin  tutumu 608 nömrə, Şağan ATS-nin tutumu 32  nömrə  artırılıb. 2015-ci ilin I rübündə 779 portluq ADSL avadanlığı quraşdırılıb. Bununla yanaşı, Qaradağ rayonu  ərazisində  2015-ci  ilin  I  rübündə XDSL standartı ilə 160 nömrə  avadanlıq qurulub”.
 
 
 
Seymur Qasımbəyli 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL