waplog

Yeni nəsil şəxsiyyət vəsiqələrilə xarici ölkələrə səfərlər etmək mümkün olacaq


Azərbaycanda hazırlanacaq yeni nəsil şəxsiyyət vəsiqələri “İCAO” (International Civil Aviation Organization - Beynəlxalq Mülki Aviasiya Təşkilatı) standartına tam uyğundur.
 
Həmin şəxsiyyət vəsiqələri ilə xarici ölkələrə də səfərlər etmək mümkündür. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ( RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən “Elektron hökumət” quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaq məqsədi ilə dərc olunan növbəti bülleten ilə bağlı keçirilən brifinqdə  məlumat verilib.
 
Tədbirdə qeyd edilib ki, yeni nəsil şəxsiyyət vəsiqələri standartlara cavab versə də, onunla xarici ölkələrə getmək üçün dövlətlərarası razılaşma olmalıdır.
 
“Əgər dövlətlər arasında müqavilə bağlanarsa, yeni nəsil şəxsiyyət vəsiqələri ilə sərbəst formada sərhədi keçmək və xarici ölkə ərazisində gəzmək mümkündür” – deyə brifinqdə qeyd edilib.
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL