waplog

Data Mərkəzin istifadəyə verilməsi dünyanın böyük İT şirkətlərini Azərbaycana gətirəcək


“Google”, “Facebook”, “Yahoo” kimi dünyaca məşhur şirkətlər dəfələrlə müraciət edərək Azərbaycanda öz bizneslərini inkişaf etdirmək istədiklərini bildiriblər”.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə  RYTN-in Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin texniki direktoru Məzahim Quliyev bildirib.
 
O, ölkədə qurulmaqda olan və yaxın zamanlarda istifadəyə verilməsi planlaşdırılan Data Mərkəz haqqında ətraflı məlumat verərək qeyd edib ki, adıçəkilən şirkətlərin öz serverlərini yeni qurulan Data Mərkəzdə yerləşdirməsilə hazırda bəzi hallarda müşahidə edilən trafikin ləngimə məsələsi də tam olaraq aradan qalxacaq:
 
“Bəzən istehlakçılar şikayət edir ki, internetin keyfiyyətində problemlər var və sürətdə ara-sıra müəyyən ləngimələr müşahidə edilir. Data Mərkəzin istifadəyə verilməsi və böyük İT şirkətlərin ölkəmizdə bizneslərini inkişaf etdirməsi nəticəsində yerli istehsalçılar üçün də geniş imkanlar yaranacaq və onlar da bundan yararlana, faydalana biləcəklər”.
 
 
Ölkəmizə gələcək və burada bizneslərini quracaq dünyanın böyük İT şirkətlərinin vergi məsələlərinə toxunan M.Quliyev bildirib ki, hər bir şirkət təbii olaraq Azərbaycanın qanunvericiliyi çərçivəsində fəaliyyət göstərəcək və vergiləri ödəyəcək. Bu da ölkə iqtisadiyyatına öz töhfəsini verəcək”.
 
 
 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL