waplog

Tatarıstan – Azərbaycan iş adamları İKT sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər


Bakıda Rusiya Federasiyasının Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovun Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev neft maşınqayırması, neft kimyası, dərman istehsalı, İKT, turizm, o cümlədən tibb turizmi və s. sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.

Tatarıstan Respublikasının baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripov Rusiya Federasiyasının digər subyektləri kimi, Tatarıstan Respublikasının da Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulamış, ölkəmizdəki iqtisadi inkişafın əməkdaşlığın dərinləşdirilməsi üçün böyük imkanlar yaratdığını ifadə edib.
 
Tədbirdə Azərbaycan və Tatarıstan tərəfindən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 50-yə yaxın iş adamı iştirak edib.



Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL