waplog

Kibercinayətkarlıqdan əldə olunan gəlir narkotrafiki üstələyir


Dünyanın müxtəlif dövlətlərinin hüquq-mühafizə orqanları, eləcə də İnterpol və Avropol kimi təşkilatlar kibercinayətlərin sürətlə artmasından narahatdır. Bu barədə Londonun polis komissarı Adrian Leppard "TechUK" təşkilatının növbəti tədbiri zamanı çıxışında bildirib.
 
O hesab edir ki, internetdə fırıldaqçılığın həcmi artıq dünyada narkotik alverindən əldə olunan gəlirləri üstələyir. Bundan əlavə, polis internet şəbəkəsində cinayətkarlığın qarşısını almaq üçün lazımi resurslara malik deyil. Polis komissarı vurğulayıb ki, kibercinayət hallarının 80 faizi barədə polisə məlumat verilmir, qalan 20 faizin isə yalnız beşdə bir hissəsinin üstü açılır.
 
"LogRhythm" təhlükəsizlik provayder şirkətinin nümayəndəsi komissarın fikri ilə razılaşaraq qeyd edib ki, kibercinayətkarlarla təkcə hakimiyyət deyil, həm də internet mexanizmlərindən daha yaxşı xəbərdar olan texnoloji şirkətlər mübarizə aparmalıdır.  
 
Kibercinayətkarlar şəbəkə mühafizə sistemlərinə asanlıqla müdaxilə edə bilərlər. Bu səbəbdən kibercinayətlərin qarşısını tam almaq qeyri-mümkündür. Belə olan halda cinayətkarı aşkar etmək daha vacibdir, onların axtarışı üçün əsas şərt isə vaxtında reaksiya verməkdir, - "Payspacemagazine" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL