waplog

“Azərbaycan 2020: Gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf” mövzusunda konfrans keçiriləcək


Aprelin 24-də saat 10:30-da "JW Marriott" Abşeron otelində "Azərbaycan 2020: Gələcəyə baxış: kreativlik, əqli mülkiyyət və innovasiyalı inkişaf" mövzusunda konfrans keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) bildirilib ki, 26 aprel – Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan tədbir AMEA, Müəllif Hüquqları Agentliyi və AR Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.
 
Qeyd edək ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı bu günü qeyd etməklə, dünyada əqli mülkiyyət hüquqlarının  qorunmasına, yaradıcılığın və novatorluğun daha da həvəsləndirilməsinə, əqli yaradıcılığın nəticələrindən qeyri-qanuni istifadə və mənimsəmələrin qarşısının alınmasına xüsusi diqqət yetirilməsinə və milli hökumətləri bu məsələlərə böyük əhəmiyyət verməyə çağırır.
 
Azərbaycan 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis etdiyi Konvensiyaya, Avrasiya Patent Konvensiyasına, sonrakı illərdə isə təşkilatın  bir sıra saziş və müqavilələrinə qoşulub, Avropa Patent Təşkilatı ilə əməkdaşlıq əlaqələri yaradıb.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL