waplog

Azərbaycanda əqli mülkiyyət tərkibli məhsullara xüsusi nəzarət markalarının vurulmasına yaxın aylarda başlanılacaq


Yaxın aylarda əqli mülkiyyət tərkibli məhsulların, o cümlədən kitabların, fonoqramların və audiovizual əsərlərin nüsxələrinin üzərinə xüsusi nəzarət markalarının vurulmasına başlanılacaq.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bunu Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov  Fransanın Rusiyadakı Səfirliyinin regional iqtisadi şöbəsinin əqli mülkiyyət üzrə regional müşaviri, Azərbaycan üçün məsul xanım Marion Qüt və Fransanın Azərbaycandakı Səfirliyinin iqtisadi attaşesi İris Buaye ilə agentlikdə keçirilən görüş zamanı deyib.
 
O qeyd edib ki, nəzarət markasız nüsxələr dövriyyədən çıxarılaraq onları istehsal edən və yayanlara qarşı sərt sanksiyalar tətbiq olunacaq.
 
K.İmanov həmçinin ölkəmizdə son illər aparılan məqsədyönlü tədbirlər nəticəsində piratçılığın səviyyəsinin müxtəlif seqmentlər üzrə 12-31 faiz aşağı düşdüyünü qonaqların nəzərinə çatdırıb. 

CAHANGİR



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL