waplog

2014-cü ildə Tim Kukun maaşı 65,2 milyon təşkil edib


“Bloomberg Pay Index” reytinqinə əsasən, “Apple” şirkətinin baş direktoru Tim Kuk 65,2 milyon dollar qazanıb.

Onun idarəçiliyi dövründə şirkətin mədaxili 69 faiz yüksələrək 183 milyard dollar, xalis mənfəət isə 53 faiz yüksələrək 39,5 milyard dollar təşkil edib.

“iPhone” smartfonlarının satış həcmi iki dəfə artaraq korporasiyaya 102 milyard dollar gəlir gətirib.

"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, nəticədə 54 yaşlı Tim Kuk ABŞ-ın ən yüksək maaş alan rəhbərlərinin reytinqində 17-ci yerə yüksəlib. “GoPro”nun təsisçisi Nik Vudman reytinqdə birinci pilləni tutur.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL