waplog

Naxçıvan MR-də 3 ayda 7 poçt şöbə və bölməsi avtomatlaşdırılıb


Naxçıvan Muxtar Respublikasında poçt sisteminin təkmilləşdirilməsi məqsədilə cari ilin ilk rübü ərzində 7 poçt şöbə və bölməsi avtomatlaşdırılıb.
 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu, 2015-ci ilin ilk rübündə  muxtar respublikanın sosial-iqtisadi inkişafına dair hesabatda əksini tapıb.
 
 
Bununla yanaşı, Şərur rayonunda Kürkənddə və Babək rayonunun Qoşadizə kəndində yeni poçt bölmələri istifadəyə verilib, Culfa rayonunun Bənəniyar kəndində poçt bölməsi əsaslı təmir edilib.
 
 
Bundan əlavə, Naxçıvan şəhərinin Qaraçuq kəndində poçt bölməsi yeni binaya köçürülüb, Ordubad rayonunun Dəstə və Kotam, Culfa rayonunun Şurud kəndlərində və Şərur rayonunda Cəlilkənddə poçt bölmələri lazımi avadanlıqlarla təmin olunub.
 
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL