waplog

100 dollarlıq mini-kompüter təqdim edilib


Çinin “Pipo” şirkəti Honkonqda keçirilmiş “HKTDC” sərgisində kiçikölçülü “X8” kompüterini nümayiş etdirib.

Bu kompüter analoqlarından daxili sensor ekrana malik olması ilə fərqlənir. Eyni anda beş toxunuş dəstəkləyən 7 düymlük sensor ekranın təsvir ölçüsü 1024x600 piksel təşkil edir.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “X8” kompüteri dörd “USB” port, “HDMI” və “Ethernet”, daxili dinamik və “microSD” kart rideri, həmçinin “Intel Atom” çipi, 2 QB əməli yaddaş və 16/32 QB daxili yaddaşla təchiz edilib. “Wi-Fi” (802.11n) və “Bluetooth 4.0” modulları ilə qoşulma dəstəklənir.
 
“X8” kompüterinə “Microsoft Windows 8.1 with Bing” əməliyyat sistemi quraşdırılıb. “X8” kompüteri “Android” mobil əməliyyat sistemi ilə işləyə bilir.
 
Mayda mini-kompüterin satışına başlanılacaq. Qurğunun dəyəri 100 dollardır.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL