waplog

“Ağıllı” plastır xəstələrin müalicəsini asanlaşdıracaq


Cənubi Koreya alimləri tərəfindən hazırlanmış plastır yalnız xəstənin cari vəziyyətinə nəzarət deyil, həmçinin ehtiyac olduqda onun orqanizminə lazımi miqdarda dərman yeridə bilir.
 
Xəstə dərmanın qəbulunu unuda bilər, dərmana qarşı əlavə təsir özünü göstərə bilər.
 
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, məhz xəstələrin təhlükəsizliyi üçün bu "ağıllı" plastır hazırlanıb. Plastır insan orqanizminə müəyyən miqdarda dərman daxil edə bilir və insan orqanizmində dərmanın konsentrasiyası optimal səviyyəyə çatdıqda dərman təchizatını dayandırır.
 
Plastır uzadıla bilən materialdan hazırlanmış 5 sm uzunluğunda düzbucaqlı dördbucaq formasındadır.
 
Hər şeydən əvvəl, bu plastır parkinson xəstəliyindən əziyyət çəkən insanlar üçün mükəmməl həldir. Qıcolma zamanı plastır xəstənin bədəninə az miqdarda dərman yerləşdirir, qıcolma dayanan kimi dərmanın təchizatı dayandırılır.
 
“Xəstələrin əksəriyyəti onların orqanizminə nəzarət edilən dərman daxil edilməsi üsulunun tərəfdarıdırlar – Seul Dövlət Universitetinin biomühəndisi Day Xyonq Kim “The Verge” portalının jurnalistlərinə bildirib. Gələcəkdə biz ixtiramıza simsiz rabitə funksiyasını əlavə etməyi planlaşdırırıq ki, bu da həkimlərə xəstələrin vəziyyətinə məsafədən nəzarətə imkan verəcək”.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL