waplog

Qafqaz Universitetində yüksək texnologiyalı avadanlıqlarla təchiz olunmuş laboratoriyalar qurulub


Qafqaz Universiteti (QU) "BP Azərbaycan" şirkəti ilə birgə "Mühəndislik məktəbinin genişləndirilməsi" layihəsini həyata keçirir. Layihə üç mərhələdən ibarətdir. Birinci mərhələdə QU-nun Mühəndislik fakültəsi tərkibində "Kimya mühəndisliyi", ikinci mərhələdə isə "Mexanika mühəndisliyi" yaradılıb.
 
"Mexanika mühəndisliyi" ixtisasının tərkibində yüksək texnologiyalı avadanlıqlarla təchiz olunmuş laboratoriyalar qurulub. Universitet həmin laboratoriyalardakı cihazları və bu cihazlarla aparılan təcrübələri geniş ictimaiyyətə təqdim etmək üçün "Mexanika mühəndisliyi laboratoriyalarında bir gün " adlı tədbir həyata keçirir. Bu qəbildən olan növbəti tədbirdə universitetin rektoru, professor Ahmet Saniç çıxış edib:
 
"Qafqaz Universiteti ümummilli liderimiz Heydər Əliyevin tövsiyəsi və xeyir-duası ilə 1993-cü ildən Azərbaycanda öz fəaliyyətinə başlayıb. Qafqaz Universiteti, hal-hazırda 3 fakültə, 2 institut və 25 ixtisasla təhsil fəaliyyətini davam etdirir. TS-EN-ISO 9001:2008 keyfiyyətli idarəetmə və elektron universitet sisteminin tətbiq edildiyi universitetimizdə hazırda 4000-ə yaxın tələbə təhsil alır. Universitetdə 17 xarici ölkədən çox sayda tələbə təhsil alır və hal-hazırda bir sıra xarici ölkələrdən dəvət olunmuş professor müəllim tam ştatla elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Qafqaz Universiteti tələbələrin hərtərəfli inkişafına köməklik göstərmək, onlar üçün sağlam tədris şəraiti yaratmaq, ölkə prezidenti İlham Əliyevin siyasi kursunu dəstəkləyən gənc nəslin inkişaf etdirilməsi məqsədi ilə mütəmadi olaraq yeniliklər həyata keçirməkdədir."
 
 
Tədbirdə qeyd olunub ki, BP ilə əməkdaşlıq nəticəsində qurulmuş laboratoriyalar tələbələrin nəzəri və praktiki biliklərinin müasir standartlara uyğun şəkildə inkişaf etdirilməsi, ali təhsil müəssisələri ilə sənaye arasında körpü rolunu oynamaqla yanaşı, iqtisadiyyatın gücləndirilməsi istiqamətində atılmış uğurlu bir addımdır, həmçinin müasir texnologiyalardan istifadə etməyi bacaran mütəxəssis hazırlığında  vacib amildir.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL