waplog

Avropa Oyunları Böyük Britaniyada “BT Sport”-un 3 idman kanalı, “BT Sport Extra” və rəqəmsal platformalar vasitəsilə yayımlanacaq


“Bakı 2015” Avropa Oyunları Birləşmiş Krallıqda nümayiş etdiriləcək. Bununla bağlı artıq yayım müqaviləsi imzalanıb. Təşkilat Komitəsindən qeyd edilib ki, 12-28 iyun tarixlərində keçiriləcək oyunların gündəlik yayımını “BT Sport” özünün 3 idman kanalı, “BT Sport Extra” və rəqəmsal platformalar vasitəsilə təmin edəcək:
 
“Bununla da, “Bakı 2015” imzaladığı yayım müqavilələrinin sırasına daha birini əlavə etdi. Beləliklə, oyunların yayımı artıq Avropanın və dünyanın hər bir nöqtəsində gerçəkləşəcək. Bundan öncə isə ABŞ, Kanada, Avstraliya, Çin, Honkonq, Hindistan, Latın Amerikası və körfəz ölkələri, eləcə də digər Avropa televiziya şirkətləri ilə yayım müqavilələri imzalanıb”.
 
 
“Bakı 2015”-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin sözlərinə görə, “BT Sport” və Avropa Oyunları arasında mükəmməl uyğunluq var:
 
“BT Sport”, Britaniya yayım məkanında özünəməxsus yol açıb. “Bakı 2015” isə Avropa idmanının son 50 illik tarixində iz qoyacaq ən əhəmiyyətli tədbirdir. “BT Sport” artıq futbol üzrə İngiltərə Premyer Liqasının yayımını təşkil etməklə yüksək standartlara cavab verən proqram sisteminə malik olduğunu sübut edib. Növbəti mövsümdən etibarən UEFA Çempionlar Liqasının yayım hüququnu əldə etmələri onların nə qədər məqsədyönlü olduqlarını göstərdi. Biz “BT Sport”-un Birinci Avropa Oyunlarının yayımını təmin edəcək növbəti aparıcı televiziya şəbəkəsi olmasından öz məmnunluğumuzu bildiririk”.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL