waplog

Dünyada ən çox tələbat olan elektron qurğular smartfonlardır


"GfK" analitik şirkətinin məlumatına görə, smartfonlar dünya bazarında ən çox tələb olunan elektron qurğular olaraq qalır.

Şirkətin baş direktoru Yurgen Boyni "IFA 2015" konfransında bildirib ki, smartfon qiymətlərinin tədricən azalması onlara tələbatı yalnız artıracaq. Baş direktor əmindir ki, smartfonlar rəqəmli qurğular bazarının artımının katalizatorlarından biridir və onların qiyməti azalmaqda davam edəcək. 
 
Y.Boyninin proqnozuna görə, smartfonlar bazarının həcmi cari ilin sonunadək 1,5 faiz - 846,07 milyard dollardan 859,12 milyard dollaradək artacaq. Daha çox artım göstəricisi - 6 faiz Afrika və Mərkəzi Asiyada qeydə alınacaq, halbuki ABŞ-da bu göstəricinin 3 faizə bərabər olacağı proqnozlaşdırılır. Avropada isə 2 faiz azalma gözlənilir.
 
"GfK" baş direktoru həmçinin "ağıllı" saatlar və analoji aksessuarlar bazarında stabil artımın olacağını vurğulayıb. O hesab edir ki, bu il 114 milyon ədəd daşınan qurğu satılacaq, - "4PDA" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL