waplog

Ən bahalı superkompüterlərin onluğu (FOTOLAR)


"Atlas" adlı ilk superkompüter hələ ötən əsrin 60-cı illərində yaradılıb və Mançester Universitetində quraşdırılıb.

Böyük Britaniya üçün bu superkompüterin əhəmiyyəti o qədər yüksək idi ki, onun sıradan çıxması ölkənin bütün hesablama məhsuldarlığının 50 faizinin azalmasına səbəb olardı. Təsəvvür edin ki, indi "Atlas" superkompüteri adi noutbukdan zəifdir.
Bahalı superkompüterlərin reytinqi:
 
 

 
 

10. "IBM Roadrunner" (ABŞ) – 130 milyon dollar

 
Bu kompüter ABŞ nüvə arsenalının köhnəlməsi prosesini modelləşdirib. Klasterin pik gücü 1,456 petaflopsa (petaflops – saniyədə min trilyonlarla əməliyyat) çatıb. "Roadrunner" o dövrdə ən enerji səmərəli superkompüterlərdən biri olub.
 
 

 

 



9. "Vulcan BlueGene/Q" (ABŞ) – 100 milyon dollar

 
"IBM" korporasiyası tərəfindən yaradılmış bu superkompüterin əsas vəzifəsi fundamental elmi araşdırmalar olub. Superkompüter Livermor Milli Laboratoriyasında quraşdırılıb və biologiya sahəsində, iqlim dəyişiklikləri, molekulyar sistemlər, bərk və maye maddələrin davranış modelləşdirilməsi və sair kimi sahələrdə istifadə edilir. Kompüterin məhsuldarlığı təxminən 5 petaflopsdur və bu göstəriciyə görə dünyada doqquzuncu pilləni tutur.
 
 
 
 

 
 
 

 
8. "SuperMUC" (Almaniya) – 111 milyon dollar

 
Bavariya Elmlər Akademiyasına məxsus Leybnits adına superkompüter mərkəzində məhsuldarlığına görə Almaniyanın ikinci ("JUQUEEN") superkompüteri quraşdırılıb. Bu superkompüter dünya reytinqində yalnız 14-cü pilləni tutur, amma dəyərinə görə əvvəlki pilləni tutan ABŞ superkompüterini ötür. Pik məhsuldarlığı 3 petaflopsdan yüksəkdir. Sistem "IBM" korporasiyasının mühəndisləri tərəfindən yaradılıb. Superkompüter elmi məqsədlər üçün istifadə olunur.
 






7. "Trinity" (ABŞ) – 174 milyon dollar

"Trinity" superkompüteri hələ ki istismara daxil edilməyib. ABŞ hakimiyyəti "Cray" şirkətinə nüvə arsenalının vəziyyətinə nəzarət üçün superkompüterin hazırlanmasına məbləğ ayırıb.



 



6. "Sequoia BlueGene/Q" (ABŞ) – 250 milyon dollar





ABŞ-ın nüvə proqramı müntəzəm nəzarət tələb edir və "Sequoia BlueGene/Q" superkompüteri, həmçinin bu vəzifəni yerinə yetirəcək. O, Livermor Milli Laboratoriyasında quraşdırılıb və 2012-ci ilin iyununda işə salınıb. "Sequoia BlueGene/Q" superkompüterinin pik hesablama məhsuldarlığı 20 petaflopsdur və o an  ən sürətli superkompüter olub. İndi ən məhsuldar superkompüterlərin reytinqdə üçüncü pilləni tutur.
 
 
 

 
 
 

5. "ASC Purple" və "BlueGene/L" (ABŞ) – 290 milyon dollar


 
Bu iki superkompüter bir sistemin hissəsidir. ABŞ-ın Energetika Departamenti hələ 2002-ci ildə onları "IBM"-dən sifariş edib. Bu hesablama güclərinin köməyi ilə nüvə silahının real sınaqlarının dayandırılmasından sonra nüvə raketlərinin buraxılışı və partlayışı modelləşdirilib.
 
4. "Sierra" və "Summit" (ABŞ) – 325 milyon dollar


"nVidia" və "IBM" şirkətləri tərəfindən yığılmış bu perspektivli superkompüterlər yalnız ən bahalı deyil, həm də ən sürətlidir. "Summit" klasteri çərçivəsində pik məhsuldarlığı 300 petaflopsa çatacaq. Müqayisə üçün, Çinin "Tianhe-2" superkompüterinin məhsuldarlığı yalnız 55 petaflopsa çatır. "Sierra" və "Summit" superkompüterlərinin əsas özəlliyi adi prosessor və "GPU"-nun vəhdətidir.
 
3. "Tianhe-2" (Çin Xalq Respublikası) – 390 milyon dollar


 
Çinin Milli Müdafiə Texnologiyaları Universitetində quraşdırılmış "Tyanxe-2" kompüterinin məhsuldarlığı 33,86 petaflops, pik məhsuldarlığı isə 55 petaflopsdur. Kompüterin əsas özəlliyi xeyli sayda nüvələrin olmasıdır. Kompüter əsasən müdafiə məqsədləri üçün istifadə olunur.
 
 
 
2. "Earth Simulator" (Yaponiya) – 500 milyon dollar



 

Yaponiyanın "Earth Simulator" superkompüteri 2002-ci ildə işə salınıb. Superkompüterin əsas vəzifəsi iqlim proseslərinin müşahidəsi və mümkün təbii fəlakət və onların nəticələrinin modelləşdirilməsidir. O vaxt "Earth Simulator" superkompüteri məhsuldarlığına görə ən sürətli olub və 2005-ci ilədək liderliyini qoruyub saxlayıb.
 
1. Fujitsu K (Yaponiya) – 1,2 milyard dollar







Yaponiyanın "Fujitsu K" superkompüteri (11 petaflops) hazırda məhsuldarlıq reytinqində dördüncü pilləni tutur. Klaster Yaponiyanın fiziki-kimyəvi tədqiqatlar institutunda ("RIKEN") quraşdırılıb. Hər il bu kompüterin fəaliyyəti hakimiyyətə 10 milyon dollara başa gəlir.
 
Emil Hüseynov
 
 

 
 
 
 
 
 
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL