waplog

Texniki Universitetdə “Gənclər və yeni texnologiyalar” mövzusunda konfrans işə başlayıb


Bu gün Azərbaycan Texniki Universitetində (AzTU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tələbə və gənc tədqiqatçıların “Gənclər və yeni texnologiyalar” mövzusunda respublika elmi-texniki konfransının plenar iclası keçirilib.
 
Universitetdən verilən məlumata görə, tədbirdə “Telekommunikasiya şəbəkələrində informasiya saxlanılması texnologiyası” , “Virtual maşınlar üzərində fiziki infrastrukturun idarə olunması”, “Atıcı silahın virtual atəş prosesinin  kompüter modelinin qurulması”, “İfrat yüksək tezlikli telekommunikasiya qurğularının optimal sintezi” və “Heydər Əliyev və gənclər siyasəti” mövzularında məruzələr dinlənilib.
 
Mayın 6-na kimi davam edəcək konfrans bölmələr üzrə öz işini davam etdirəcək.
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL