waplog

ABŞ-da məktəblilər barədə məlumatların təhlükəsizliyinə dair qanun qəbul olunacaq


ABŞ Konqresi məktəblilər barədə məlumatların təhlükəsizliyinə və onların valideynlərinin hüquqlarına dair qanun layihəsini müzakirə edir.
 
Sənəd tədris məlumatının toplanılması, saxlanılması və emalını tənzimləyir. Qanun layihəsinə görə, maarifləndirici şirkətlər məlumatlardan reklam üçün istifadə edə, onları üçüncü şəxsə sata, eləcə də informasiyanın toplama və emalı qaydasını gizlədə bilməzlər. Layihə artıq ABŞ Müəllimlər Federasiyası, “Common Sense Media”, “National PTA” və onlarla digər valideyn və peşə təşkilatı tərəfindən dəstək qazanıb.   
 
Qanun məktəblilər barədə məlumatlardan sui-istifadə hallarının qarşısının alınmasına yönəlib. Belə ki, mövcud “FERPA” və “COPPA” qanunları mobil telefonlar icad edilməmişdən əvvəl qəbul edilib və bu baxımdan mühafizəni yüksək səviyyədə təmin etmir. Qanun layihəsinin müəllifləri valideynlərə uşaqları barədə məlumatları təhsil məqsədindən kənar istifadəsini tənzimləmək, düzəlişlər etmək və ya bəzi informasiyaya girişi bağlamaq hüququ verir, - "IT Expert” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL