waplog

“NETTY 2015”-in nominantları müəyyən edilib


"NETTY 2015"-in nominantları müəyyən edilib. Mükafatın qalibləri rəsmi mükafatlandırma mərasimində elan olunacaq.

"NETTY 2015" Azərbaycan Milli İnternet Mükafatının nominantları müəyyən edildi. Virtual Jüri və Ekspert Şurasının səsverməsi nəticəsində iştirakçı-saytların ümumi sayından 40-dən çox resurs seçilib və onlar artıq mükafatın nominantlarıdır.
 
Nominantların yekun siyahısı ilə "http://netty.az/az/nominants"  saytında tanış ola bilərsiniz. Artıq mükafatın akademiyası səsverməyə başlayıb. Nominantların sırasından seçilən qaliblər rəsmi mükafatlandırma mərasimi zamanı 20  may tarixində elan olunacaq.
 
Nominasiyaya layiq bilinən bütün saytların nümayəndələri mərasimdə iştirak edəcəklər.
 
Qeyd edək ki, akademiyanın üzvləri daxili səsvermə əsasında hər nominasiya üzrə bir qalibi müəyyən edəcəklər. Akademiyanın qərarı ilə "Milli informasiya texnologiyalarının inkişafının zənginləşdirilməsinə görə" və "İlin İT hadisəsi" fəxri nominasiyalarında qaliblər elan olunacaq.  Həmçinin "Mobil qurğular üçün ən yaxşı proqramlar" nominasiyasında qaliblərin mükafatlandırılması həyata keçiriləcək.  
 
Cari ildə müsabiqə Rabitə və Yüksək Texnologiyalar, Mədəniyyət və Turizm nazirliklərinin  hərtərəfli dəstəyi ilə keçirilir. Müsabiqənin baş partnyoru "KATV1", partnyorları "Tabasko Branding Bureau",  "BakuTel" sərgisi, "SmartHost" şirkətidir.
 
"NETTY" Azərbaycan Milli İnternet Mükafatı 2004-cü ildə təsis edilib. "NETTY" - Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə, İT bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyaları sahəsində  Azərbaycanın ilk peşəkar mükafatıdır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL