waplog

Azərbaycan nümayəndə heyəti "CeBİT Bilisim Eurasia" - sərgisində iştirak edəcək


Bu il oktyabrın 6-dan 9-dək Türkiyənin İstanbul şəhərində "CeBİT Bilisim Eurasia" - Beynəlxalq informasiya texnologiyaları sərgi və konfransı keçiriləcək.

RİTN-in Beynəlxalq əlaqələr və qeyri-hökumət qurumları ilə iş şöbəsindən verilən məlumata görə, tədbirdə ölkəmizi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və aparıcı şirkətlərin nümayəndələri təmsil edəcəklər. Azərbaycan sərgidə ayrıca milli pavilyonla təmsil olunacaq.

Burada respublikanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi ən son nailiyyətlər, eləcə də bu istiqamətdə həyata keçirilən irimiqyaslı layihələrin nümayiş etdiriləcəyi nəzərdə tutulur.

Azərbaycanı sərgidə təmsil edən nümayəndə heyətinin tərkibinə 10-dan çox özəl İKT şirkətlərinin nümayəndələri daxildir. Sərgi çərçivəsində müxtəlif forum və konfransların təşkil olunacağı da gözlənilir.

Xatırladaq ki, "CeBİT Bilisim Eurasia" regionun ən iri İKT sərgisidir, Azərbaycan artıq bir neçə ildir ki, bu mühüm tədbirdə iştirak edir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL