waplog

Xanımların İKT-də roluna həsr olunmuş master-klass keçiriləcək


Mayın 13-də “Azercell Akademiyası”nda ən yaxşı İT mütəxəssislərin "WoWoman. Tech-Tech Xanim Project Launch" mövzusunda mobil proqramlar üzrə master-klass keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbir çərçivəsində həmçinin “Azercell Akademiyası”nın gələcək layihələri və tədbirləri haqqında məlumat veriləcək.
 
İştirakçılara Milli kartın layihə meneceri Səbinə Mirzəyeva "Mənim İT-də yolum. Dəyişiklik və yeni imkanlar dövrü",
 
Marketinq və kommunikasiya meneceri Kəmalə İsmayılova "İT sektorunda olmağın üstünlükləri və xanımlar üçün yeni imkanlar" məruzəsi ilə çıxış edəcək. 
 
Tədbirin “IT Family” bölümündə Ramin Orucov və Roza Həmzəyeva "İT fikirli xanım şəxsi problemlərinə necə vaxt ayırır? Xoşbəxt Rəqəmli Ailə Formulu" mövzusunda çıxış edəcəklər.
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL