waplog

Gələcəkdə ordular virtual reallıq vasitəsilə idarə olunacaq


Gələcəkdə ordu başçıları qoşunlara virtual reallıq sistemi vasitəsilə real vaxt rejimində komandanlıq edə, xilasedicilər isə fəlakət zonalarını öyrənə biləcəklər.  
 
Qeyd olunur ki, komandirlər cəbhə xəttinə getmək əvəzinə, orduya bütün əmrləri portativ komanda mərkəzinin köməyi ilə verəcəklər.
 
“BAE Systems” şirkətinin istehsalı olan texnologiya hərbi rəhbərliyə döyüş meydanındakı vəziyyəti “3D” rejimdə təsviri döyüş meydanı üzərində olan pilotsuz uçan aparatlardan alan virtual ekranlarda görməyə imkan verəcək.  
 
Bundan başqa, sistemdən terror hücumlarının qarşısını almaq üçün istifadə etmək mümkün olacaq. Burada videooyunlar sənayesi üçün hazırlanan “Oculus Rift” qarniturası tətbiq edilib.
 
“Biz artıq görürük ki, virtual və əlavə reallıq istehlak mallarında adi hala çevrilir, onların silahlı qüvvələr üçün verdiyi imkanlar isə həddən artıq çoxdur”, - "BAE Systems” nümayəndəsi Nik Kolozimo deyib.
 
Şirkət ekspertlərinin fikrincə, iyirmi il ərzində “3D” ekran rolunu oynayan ilk kontakt linzaların seriyalı istehsalına başlanılacaq. Bu, üçölçülü eynəkləri köhnəlmiş və böyük edəcək, - "The Russian Times” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL