waplog

Bir ayda telefon nömrəsi üzrə axtarış sistemindən istifadə edənlərin sayı 70 mini ötüb


Aprel ayında “Elektron hökumət” portalı vasitəsilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ən çox istifadə edilən elektron xidmətləri sırasında ilk yerdə “Telefon nömrəsi üzrə axtarış”  xidməti qərar tutub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, apreldə  xidmətə  70706 dəfə müraciət edilib.
 
Xidmətdən yararlanmaq istəyən istifadəçi telefon nömrəsini daxil etdikdən sonra bir sıra məlumatları əldə etmək imkanına malik olur.
 
Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar. Sözügedən e-xidmət həmçinin istifadəçilərə borclarını onlayn şəkildə ödəmək imkanı verir.
 
CAHANGİR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL