waplog

İTİDF-də türkiyəli sahibkarlarla görüş keçirilib


2015-ci il 13 may tarixində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunda Türkiyənin Kiçik və Orta Müəssisələri İnkişaf etdirmə və Dəstəkləmə İdarəsinin (KOSGEB) nümayəndə heyəti ilə görüş olub.
 
Görüşdə Fondun icraçı direktoru Elçin Zeynalov Azərbaycanda informasiya texnologiyaları sahəsində həyata keçirilən dövlət siyasətini, əldə olunmuş nailiyyətlər, Fondun fəaliyyəti və məqsədləri barəsində geniş məlumat verib.
 
KOSGEB-in informasiya texnologiyaları sahəsində kiçik və orta sahibkarlığa dəstək üzrə böyük təcrübəyə malik olduğunu bildirən E.Zeynalov bu sahədə iki qurum arasında əlaqələrin daha da genişləndirilməsinə önəm verdiyini qeyd edib.
 
KOSGEB-in sədr müavini Süleyman İslamoğlu isə Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə, xüsusən də informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq əlaqələrinin, həyata keçirilən layihələrin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə həmçinin KOSGEB ilə Fond arasında əməkdaşlıq əlaqələrinin daha da geniş qurulmasının perspektivləri müzakirə olunub.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL