waplog

İDDİA: “Süni intellekt bəşəriyyəti məhv edə bilər”


“Google” şirkəti "ağıllı" robotların yaradılması texnologiyası üzərində işlərini davam etdirir.
 
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, yüksək texnologiyalar sahəsi üzrə ekspertlər internet nəhəngini xəbərdar ediblər ki, şirkətin robot həlləri həm də müdafiə məqsədilə istifadə edilə bilər ki, bu da onların aqressiv istiqamətdə proqramlaşdırılması ilə nəticələnə bilər. “Google”un direktoru Larri Peyc bildirib ki, şirkət robotların hərbi məqsədlər üçün tətbiqinə yol verməyəcək.
 
 
“Tesla Motors” direktorlar şurasının rəhbəri Elon Mask da öz narahatçılığını ifadə edib.
"Google şirkətinin robot həlləri məni çox narahat edir. Süni intellekt hərbi məqsədlə proqramlaşdırıla və nəticədə bütün bəşəriyyəti məhv edə bilər".
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL