waplog

Artıq “AzDataKom” şəbəkəsi bütün regionları əhatə edir


Regionlarda “AzDataKom” şəbəkəsinin qurulması yüksək səviyyədə başa çatdı. Bu barədə məlumat verən Məlumat Hesablama Mərkəzinin direktor müavini Sahib Nəcəfovun bildirdiyinə görə, əsas idarəetmə mərkəzi Məlumat Hesablama Mərkəzində (MHM) quraşdırılmış şəbəkə bütün rayonları əhatə edir.”Sonuncu Şəki-Zaqatala bölgəsində bəzi tamamlanma işləri qalmışdı. O da öz həllini tapdı”.

Qeyd edək ki, “AzDataKom” istənilən dövlət və özəl sektora aid idarə, bank, müəssisə və təşkilatların, hər hansı ticarət şəbəkəsinin, anbarların və digər biznes strukturları olan iri bir müəssisənin bir-birindən uzaqda yerləşən filiallarının və onların əməkdaşlarının qarşılıqlı əlaqəsinin müəyyən zaman ərzində bir mərkəzdən idarə olunması üçün yüksəksürətli multiservis şəbəkəsinə malikdir.

“AzDataKom” verilənlər baza şəbəkəsinin yaradılması istiqamətində tam xidmətlər paketini özündə əks edərək, bununla da bir çox xidmətlərin yüksək səviyyədə təqdim edilməsinə zəmanət verir.

Xatırladaq ki, şəbəkənin yaradılmasında işlər əsasən Azərbaycan hökuməti və BMT-nin inkişaf proqramının birgə həyata keçirdiyi “Milli Elektron İdarəçilik Təşəbbüsü” layihəsi çərçivəsində yerinə yetirilir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL