waplog

Amerikalılara smartfondan istifadə ilə bağlı tövsiyələr veriləcək


ABŞ-ın Kaliforniya ştatının Berkli Şəhər Şurası mobil telefon satıcılarının alıcıları bu qurğuların potensial təhlükə mənbəyi olması barədə xəbərdar etməsini nəzərdə tutan qanun layihəsinin lehinə səs verib. Mobil telefonun bədənə yaxın vəziyyətdə gəzdirilməsi və müəyyən xəstəliklər arasında birbaşa əlaqə indiyədək müəyyənləşdirilməsə də, Berkli şəhər administrasiyası bunu hamının bilməli olduğu vacib problem kimi qiymətləndirir.
 
ABŞ Federal Telekommunikasiya Avadanlıqlarının Sertifikatlaşdırılması Komissiyası artıq indidən smartfon istehsalçıları qarşısında istifadəçi təlimatlarında qurğularda güclü elektromaqnit şüalanmasının olması ilə bağlı risklər haqqında yazmağı öhdəlik kimi qoyur. Şəhər hakimiyyəti bunu özünəməxsus tərzdə əsaslandırır: belə kağız parçaları və bukletlər istifadəçilər tərəfindən təsadüfi hallarda oxunur, buna görə də xəbərdarlıq onlar üçün daha aydın olmalıdır.
 
Berkli Şəhər Şurası nümayəndələrinin qənaətinə görə, istifadəçilər smartfonu bədənlərindən 5-25 mm aralıda saxlamalıdır. Ötən ay hakimiyyət tərəfindən yerli əhali arasında sorğu keçirilərək istifadəçilərin 74 faizinin telefonu cibində gəzdirməsi, 66 faizinin isə ümumiyyətlə, istehsalçıların qurğunun bədənlə birbaşa təmasından yayınmağı tövsiyə etmələrindən xəbərsiz olması məlum olub.
 
Yeni qərarın cari ilin iyulunda qüvvəyə minəcəyi gözlənilir. Bu halda Berklinin mobil telefon alıcılarına qurğunun düzgün gəzdirilməsi üzrə tövsiyələrin yer alacağı ayrıca broşür veriləcək, - "Onliner yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL