waplog

“ComNews Research”: Azərbaycanda əhalinin böyük hissəsi mobil rabitə xidmətlərindən istifadə edir


“ComNews Research” analitik şirkəti tərəfindən keçirilən tədqiqata görə, 2010-cu ildə Azərbaycan, Qırğızıstan, Moldova və Tacikistanın yaşlı və iş qabiliyyətli əhalisinin 85% -100%-i mobil rabitənin xidmətindən istifadə edir .

Belorus, Qazaxıstan, Rusiya və Ukrayna üçün bu rəqəm 100% təşkil edir. Gürcüstan, Türkmənistan və Özbəkistanda isə bütün əhalinin 63%-75%-i mobil rabitə xidmətlərindən istifadə edir.

Tədqiqatda qeyd olunur ki, maliyyə böhranı, milli valyutanın devalvasiyasına baxmayaraq, mobil rabitə bazarlarında bütün ölkələr üçün hər il 7% dollar ekvivalentində ümumi mədaxil artımı müşahidə olunub.

Ən yüksək artım - 36% - Özbəkistan, ən az isə Ermənistan bazarında müşahidə olunub. Belə ki, Ermənistanın mobil rabitə bazarı 70% azalıb. Rusiyanın mobil rabitə bazarı isə 5% artıb.

Bütün MDB ölkələrində operatorların ümumi gəliri artıb və bu ölkələrdə göstərilən əlavə xidmətlərin payının artması və gəlir strukturlarının VAS-dan informasiya ötürülmə seqmentinin və premium-kontentinin xeyrinə paylaşması ilə nəticələnib.

2008-ci ildə MBD ölkələrin mobil rabitə operatorların ümumi mədaxilində olan əlavə xidmətlərin payı 8%-14% olub və orta hesabla 9,5% təşkil edib, 2010-cu ilin nəticələrinə görə isə VAS-ın ümumi mədaxildəki orta payı 11% təşkil edib, minimal və maksimal qiymətlər isə müvafiq olaraq 9% və 21% olub.

Analitiklərin fikrincə, bu, istehlak tələbatının səs xidmətləri ilə tədricən təmin olunması və mobil rabitə şəbəkələrinin inkişafı nəticəsində mobil internetdən daha əlverişli tariflərlə istifadə etmək imkanının yaranması hesabına bas verib.

Bütün bu ölkələrdə rəqabət və cəmləşmənin səviyyəsi ya xeyli yüksəlib, ya da dəyişilməyib.

2010-cu ilin nəticələrinə görə, ən zəif rəqabət Türkmənistanın, Ermənistanın, Moldovanın və Qazaxıstanın mobil rabitə bazarlarında müşahidə olunub. Ən güclü rəqabət isə Tacikistan və Rusiyada qeydə alınıb.

Analitiklərin fikrincə, yalnız Qazaxıstanın mobil rabitə bazarında bazar iştirakçılarının sayı azalmayıb və əksinə, artıb. Lakin bazarda üçüncü GSM-operatorun peyda olmasının effektini yalnız 2011-ci ilin yekunları göstərəcək.

Müsbət dinamikaya baxmayaraq, bütün göstərilən 12 ölkənin bazarlarında anti-inhisar komitənin diqqətini tələb etməyən cəmləşmənin orta səviyyəsi müşahidə olunmayıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL