waplog

İsveçdə “Bitcoin” valyutasının tənzimləmə qaydaları yenilənib


İsveç bu yaxınlarda virtual valyutaların tənzimlənməsi üzrə yeni qaydaları təsdiq edib. Qaydalardan görünür ki, “Bitcoin” rəqəmli valyutası ölkədə qadağan olunmayacaq.
 
İsveçdə gəlir vergisinin mənbəyindən asılı olaraq onun bir neçə növü var. “Bitcoin” digər rəqəmli valyutalar, eləcə də pul əldə etmə üzrə əməliyyatlar kimi avadanlıq qiymətinin baha olması və gəlir əldə etmək üçün potensialın az olması səbəbindən gəlir sektoruna aid edilmir. Vətəndaş yalnız pul əldə etmə üzrə əməliyyatlarda uğur qazananda gəlir vergisi ödəyir.
 
“Bitcoin” İsveçdə kapitala aid deyil və buna görə də ona kapital qoyuluşlarından əldə olunan gəlirlərdən vergi tətbiq edilməyəcək və beləliklə, pul əldə etmə üzrə əməliyyatlar məşğulluq vergilərinə aid olacaq. İsveçdə bu sektora iqtisadi fəaliyyət və ya kapital vergisinə düşməyən gəlirlər aiddir.
 
Yeni qanunvericilikdə “Bitcoin”in qadağası ilə bağlı yalnız bir bənd yer alıb: kriptovalyutadan metal və ya emal materiallarının alışı üçün istifadə qadağandır.
 
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur, - “Payspacemagazine www.payspacemagazine.com” yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL