waplog

Rasim Əliquliyev: “Elektron elm Elmlər Akademiyasında geniş tətbiq olunur”


“İKT sahəsində əldə olunmuş nailiyyətlər, indikatorlar göstərir ki, Azərbaycan doğrudan da regionun aparıcı ölkəsidir və başqa ölkələrə Azərbaycan modeli kimi örnək ola bilər. Müəyyən vaxtlarda elmdə informasiya texnologiyalarının əhəmiyyəti o qədər də qiymətləndirilmirdi. Amma son zamanlar informasiya texnologiyalarının elmi fəaliyyətin müxtəlif istiqamətlərdə tətbiq olunması ilə bağlı kompleks işlər həyata keçirilir”.
 
 
Bu barədə məlumat verən Azərbaycan Milli Elmlər  Akademiyasının (AMEA) akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev  son dövrlərdə AMEA-nın müəssisələrində monitorinqlər apardıqlarını qeyd edib. Nəticələr göstərir ki, əgər 2012-ci ildə AMEA-da 2500 kompüter var idisə, artıq 2014-cü ildə bu kompüterlərin sayı xeyli artıb:
 
“Yəni çox böyük irəliləyiş əldə olunub. İnternet infrastrukturu bütün AMEA qurumlarını əhatə edib. Burada xüsusilə qeyd etmək istəyirəm ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bilavasitə dəstəyi ilə AMEA-dakı əvvəlki mis kabellər vasitəsilə deyil, fiber-optik kabellər vasitəsilə genişzolaqlı internet infrastrukturu yaradılıb”.
 
 
Digər tərəfdən, bütün qurumların İKT ilə təminatı, veb saytları, onlara olan müraciətlərin sayında da artım dinamikası müşahidə olunur:
 
“Əgər 2013-cü ilin əvvəlində AMEA-nın rəsmi portalı “http://www.science.gov.az/”-a olan müraciətlərin sayı 550 min idisə, artıq bu, milyon yarıma yaxınlaşıb. Bu da o deməkdir ki, elektron elm Elmlər Akademiyasında geniş tətbiq olunur”.  Eyni zamanda AMEA-nın “AzScienceNet” elm-kompüter şəbəkəsi Avropanın bir hissəsinə çevrilir. Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi ilə həmin şəbəkə Avropa Birliyinin nəzdində fəaliyyət göstərən beynəlxalq quruma üzv seçilib:
 
“Bu şəbəkə özü eyni zamanda Avropanın Azərbaycana, eyni zamanda təhsilə ötürülməsi istiqamətində də müəyyən işlər görür”.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL