waplog

Buraxılış imtahanlarının nəticələri elektron imza ilə təsdiqlənəcək


Buraxılış imtahanlarının və yekun qiymətləndirmənin nəticələri onlayn rejimində elektron imza ilə imzalanmış şəkildə təhsil müəssisələrinə təqdim ediləcək. Bundan sonra isə dövlət nümunəli təhsil sənədlərinin məzunlara verilməsi prosesi başlayacaq.
 
Müvafiq prosedur ümumtəhsil məktəbləri üçün  10.07.2015-01.09.2015 tarixlərində yerinə yetiriləcək.
 
Peşə liseyləri üçün isə 10 apreldən başlayan bu prosesin sentyabrın 1-də başa çatdırılması nəzərdə tutulur. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib ki, “Təqvim planı”na əsasən, hər bir məzuna verilmiş dövlət nümunəli təhsil sənədinin seriyasının, nömrəsinin, verilmə tarixinin, şagirdin təhsil müəssisəsini medalla bitirməsi haqqında məlumatın “Şagird-məzun” sistemində qeyd edilməsi üçün ümumtəhsil məktəbləri üzrə 10.07.2015-10.09.2015; peşə liseyləri üzrə isə 10.04.2015-10.09.2015 tarixləri müəyyənləşdirilib.
 
 Ümumtəhsil məktəblərinin əlaqələndiriciləri şagirdlər haqqında “Şagird-məzun” sisteminə daxil edilmiş hər hansı bir məlumatda dəyişiklik baş verdikdə bu dəyişikliyin sistemdə dərhal  nəzərə alınması prosesini 15.06.2015 tarixinə qədər apara biləcəklər.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL