waplog

Dünyanın ən bahalı şirkəti hansıdır?


Beynəlxalq "Millward Brown" agentliyi tərəfindən keçirilmiş illik "BrandZ" tədqiqatının nəticələrinə əsasən, "Apple" dünyanın ən bahalı brendidir.

Ekspertlərin qiymətləndirməsinə əsasən, 2014-cü illə müqayisədə cari ildə "Apple" brendinin dəyəri 67 faiz yüksələrək 247 milyard dollar təşkil edib. "BrandZ" şirkətinin direktoru Dorin Van bildirib ki, "iPhone 6" smartfonunun populyarlığı şirkətin yüksəlişinə səbəb olub.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, ötənilki reytinqin lideri "Google" şirkəti yeni redaksiyada 174 milyard dollar maliyyə nəticəsi ilə ikinci pilləni tutub. "IBM" korporasiyasını ötmüş "Microsoft" şirkəti üçüncü pilləyə yüksəlib.
 
"Facebook" ən sürətlə inkişaf edən brend adlandırılıb. 2015-ci ildə bu brendin dəyəri 99 faiz (71 milyard dollar) yüksəlib ki, bu da dünyanın ən böyük sosial şəbəkəsinin reytinqdə 9 pillə irəliləyərək 12-ci pilləni tutmasına imkan verib.
 
2015-ci ildə "IBM", "Visa", "AT&T", "Verizon", "Coca-Cola", "Macdonalds" və "Marlboro" şirkətləri ilk onluqda yer alıb.
 
Bu halda Çin şirkətlərinin reytinqdəki yüksəlişini vurğulamaq lazımdır. 10 ildə Çin şirkətlərinin dəyəri 1004 faiz yüksəlib. Əgər 2006-cı ildə reytinqdə Çinin bir şirkəti iştirak edirdisə, indi bu göstərici 14-ə çatıb.
 
2015-ci ildə "BrandZ" reytinqinə daxil olmuş brendlərin ümumi dəyəri 3,3 trilyon dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 14 faiz yüksəkdir.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL