waplog

Mərkəzi Elmi Kitabxanada kitablara elektron çiplərin vurulması prosesi yaxın müddətdə başa çatdırılacaq


Mərkəzi Elmi Kitabxananın (MEK) yeni binasına AMEA-nın Əsas binasında yerləşən köhnə kitabxanadan kitabların köçürülmə prosesi başa çatdırılıb.
 
Köçürülmüş 1 mln 571 min kitab qeydiyyata alınıb və yeni binanın informasiya materiallarının yanğından mühafizə məqsədilə xüsusi qazla təchiz olunmuş və lazımi temperatur-hava rejimini təmin edən kitab saxlanclarında yerləşdirilib.
 
 
Bundan başqa MEK-in kitab kolleksiyasının bir hissəsini təşkil edən, 17 min kitab ehtiyatına malik Nadir kitablar fondu və 75 min kitabı olan Şərq ədəbiyyatı fonduna məxsus kitablar inventar nömrələrindən əlavə təhlükəsizlik sisteminə inteqrasiya edilmiş elektron çiplərlə təmin olunublar.
 
Akademiyadan bildirilib ki, yaxın müddət ərzində kitabxananın Qərb Avropa ədəbiyyatı, Rus ədəbiyyatı, Azərbaycan ədəbiyyatı və Mübadilə fondlarının kitablarına elektron çiplərin vurulması prosesi başa çatdırılacaq.
 
 
Qeyd edək ki, kitabxananın oxucuların istifadəsinə verilməsi 2015-ci ilin sentyabr ayına planlaşdırılır.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL